Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafi bəyanatında Amerikanın və sionistlərin hücumlarına baxmayaraq, beynəlxalq Qüds günündə xalqın fədakar iştirakına görə təşəkkür və minnətdarlığını bildirib. O, Ali Məqamlı Rəhbərə və qüdrətli silahlı qüvvələrə dəstək verməyin, eləcə də düşmən üzərində qələbə çalmağın, həmçinin əziz şəhidlərin, o cümlədən Ayətullah üzma Seyid Əli Xameneinin (r) qisasını almaq məqsədilə bütün sahələrdə davamlı olaraq ayıq-sayıq və fədakar olmağın vacibliyini vurğuladı.
Ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafi İran İslam Respublikasının xalqına ünvanladığı təşəkkür məktubunun mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Qüds günündə keçirilən yürüşün Ramazan ayında baş vermiş döyüşlə eyni vaxta təsadüf etməsi İslam və İran tarixində yeni bir dönüş nöqtəsi yaratdı. Amerika və sionistlərin hücumları altında xalqın fədakar iştirakı, eləcə də İslam inqilabı tarixi boyunca böyük İran xalqının müxtəlif sahələrdə davamlı iştirakı dünya və İran tarixi üçün bənzərsiz bir hadisə olmuşdur. Xalqın böyük iştirakı müqavimət və möhkəm iradə üçün misilsiz bir nümunə, eləcə də inqilabın tarixi üçün yeni bir səhifə yaratmışdır. Bu mübariz, müdrik və uzaqgörən xalqı sevmək, eləcə də onlara dəyər verib təşəkkür etmək lazımdır.
O, Ali Məqamlı Rəhbərə və qüdrətli silahlı qüvvələrə dəstək verməyin, eləcə də düşmən üzərində qələbə çalmağın, həmçinin əziz şəhidlərin, o cümlədən Ayətullah üzma Seyid Əli Xameneinin (r) qisasını almaq məqsədilə bütün sahələrdə davamlı olaraq ayıq-sayıq və fədakar olmağın vacibliyini vurğuladı.
Bütün qurum və təşkilatlardan, o cümlədən media vasitələrindən, elmi hövzə və universitetlərdən, xüsusilə təbliğ və mədəniyyət qurumlarından sahə fəaliyyətlərini artırmaq gözlənilir.
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
Ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi
14 mart 2026-cı il
Rəyiniz